Anlayarsan

Gün gələr anlayarsan sevən kimdir, sevgi nə
Kim atıldı səninçün bu bəla dənizinə
Kimdir acı bir hüznə, kədərə razı olan
Kimdir sevinc sataraq əvəzində qəm alan

Səndən gələn dərd qəmi kim sinəyə çəkir? Ah..
Unutma olanların hamısın görür Allah…
…Bu sevginin oduna bir gün sən də yanarsan.
Sənin üçün yananı yananda anlayarsan.

Anlayarsan…
Hisslər də doğulur sonra ölür
İnsan torpaq altına, sevgi qəlbə gömülür.
Hər yaşanan gerçəyin bir sonu olduğunu
Ayrılıq acısından nəyin doğulduğunu
Anlayarsan…
Xəyallar aldanmaqdır boş yerə
Anlayarsan sevgidən tək qazancın xatirə
Keçirərsən həyatı ağlayıb, sızlamaqla
Heç olmasa bu dəfə bir həqiqəti anla:
Özün özündən qaçsan, inan çox yorularsan
Məni unutsan gülüm, sən də unudularsan.

İyun, 2012-ci il. Almaniya

Bir şərh yazın