İngilis dili müasir dövrdə elm, fəlsəfə, texnologiya və sənətin dilidir. Dünyada son illərdə ilk 100 universitet arasındakı universitetlərin 61-i tam ingilis dilində, geri qalan 39-u isə böyük ölçüdə ingilis dilində təhsil verir. Mütləqdir ki, dövrün elmi, texnoloji səviyyəsi ilə uzlaşmaq, eləcə də sənət və fəlsəfə ilə bağlı trendləri izləmək, qısacası zamanın ruhunu tutmaq üçün ingilis dili mükəmməl səviyyədə bilinsin. Məqsədim Naxçıvanda dövrün tələblərini qarşılayan, elm və texnoloji yeniliklərə bələd olan tələbələr yetişdirməkdir.
İngilis dili dərslərim IELTS və SAT imtahanlarına hazırlaşmaq, ingilis dilini mükəmməl öyrənmək, akademik yazı yazmaq və akademik məqalələri oxuyub başa düşmək üçün faydalı ola bilər. Dərslər Naxçıvandakı orta məktəb, ali məktəb tələbələri, müəllimlər, ingilis dilini mükəmməl öyrənmək istəyən hər kəs üçün uyğundur. Dərslərin istiqaməti aşağıdakı kimidir:
-IELTS hazırlığı
-SAT hazırlığı
-Ümumi ingilis dili hazırlığı
Bu dərslərdə ingilis dili ilə bərabər, bu dildəki maraqlı elmi, fəlsəfi, texnologiya və sənətlə bağlı məqalələr oxuyaraq və dinləmələr edərək (sənədli filmlər, “TED Talk”lar və BBC materialları) tələbələrin mühakimə qabiliyyəti artırılır və zamanın ruhunu qavraması təmin edilir.